8 Sentyabr 2022
Günümüzdə onlayn alış-verişdən daha çox istifadə edilir. Onlayn alış-veriş sayəsində insanlar həm istədikləri məhsulları tapıb tanış ola, həm də vaxtlarına qənaət edə bilirlər. Ölkəmizdə çox sayda karqo şirkətləri fəaliyyət göstərir ki, dünyanın bir çox ölkəsindən sifarişin Azərbaycana gətirilməsini təmin edir.
Türkiyə, Amerika, Çin və bir çox ölkələrdən gətirilməsinə icazə verilən istənilən məhsulu karqo şirkətləri vasitəsilə sifariş etmək imkanına sahibsiniz.
166karqo.az sərfəli qiymətləri ilə seçilən karqo şirkətlərindən biridir.
Diqqət edilməsi məqamlar nələrdir?
Onlayn alış-veriş zamanı yüklərin çatdırılmasında diqqət etməli olduğunuz bəzi amillər var. Elektron ticarətdə yüklərin çatdırılması ilə bağlı xüsusi qanunlar olmasa da, istehlakçıların həssaslığını azaltmaq üçün bir sıra amillərə diqqət yetirmək lazımdır.
Onlayn alış-veriş zamanı istehlakçıların ən çox narahat olduğu problemlərdən biri də yüklərin sınmadan, qırılmadan, zədə görmədən çatdırılmasıdır. Digər bir məsələ isə vaxtında bağlamaların ölkəyə gətirilməsi və təhvil verilməsidir. İstehlakçılar yükün gec çatdırılması və ya yükün çatdırılması zamanı yaranan problemlər səbəbindən bir çox çətinliklərlə üzləşirlər. Bu problemlərin qarşısını almaq üçün aşağıdakı məsələlərə diqqət yetirməyi tövsiyə edirik.
1. Məhsulu kuryerlə birlikdə yoxlayın
Məhsulun çatdırılması zamanı hər hansı zədələnmənin baş verib-vermədiyini bilmək istəyirsinizsə, bağlamanızı kuryerin yanında açın. Belə halda əgər hər hansı bir çatışmazlıq və ya zədə varsa, onu sübut etmək sizin üçün daha asan olacaqdır. Məhsul zədələnibsə, "Zərərin Qiymətləndirilməsi Hesabatı" aktını tələb edə və onlayn şəkildə müraciət göndərə bilərsiniz.
Aldığınız məhsulun çatdırılma zamanı xarab olması və ya əskik olması halında siz həmin vaxt yükü təhvil verən məsul şəxsdən “zərərin müəyyən edilməsi aktı”nı tələb etməlisiniz.
Evdə deyilsinizsə, yükünüz ən yaxın filialda qalacaqdır və siz özünüz filiala yaxınlaşaraq təhvil ala bilərsiniz. Eyni qaydada filialda qutudakı məhsulu açıb yoxlaya bilər və hər hansı problemlə üzləşdikdə həllini tələb edə bilərsiniz.
2. Məhsulun qaiməsini yoxlayın
Aldığınız məhsulun çatdırılması zamanı məhsul qaiməsinin mövcud olub olmadığını yoxlamağınız mütləqdir. Əgər məhsulun qaiməsi yoxdursa, yükü təhvil götürməyə və iradınızı bildirə bilərsiniz.
Karqo şirkəti sizə göstərilən vaxtda məhsulu təhvil verməlidir. Siz kuryer sifarişi edərək məhsulunuzu 24-48 saat ərzində göstərdiyiniz ünvanda təhvil almalısınız. Əsk halda yenidən karqo şirkəti ilə əlaqə saxlayaraq gecikmənin səbəbini öyrənə bilərsiniz. Adətən deyilən zamanda bağlamaların təhvil prosesi baş tutur.