Karqo şirkətləri seçərkən nələrə diqqət etmək lazımdır?
8 Sentyabr 2022

Elektron ticarətin günü-gündən inkişaf etməsi karqo şirkətlərinin fəaliyyətə başlamasına ehtiyac yaratdı.  Müştərilər sürətli və etibarlı çatdırılma təmin edən şirkətlərə üstünlük verməyə başladılar.Çünki bir çox karqo şirkəti bu etibardan sui-istifadə etməyə başladı. Çəkinin artıq göstərilməsi, bağlamaların açılması kimi xoşagəlməz hallar yaşanırdı. Seçilən karqo şirkətindən hər bir müştərinin görmək istədiyi xidmət - diqqət, keyfiyyət, səliqəli qablaşdırma, zədəsiz və qeyd olunan məhsulun vaxtında çatdırılması, eləcə də asan geri qaytarma xidmətidir.

Karqo şirkətlərinin seçilməsində təklif olunan qiymətlər də əsas rol oynayır. Çünki çəki və həcmə görə hesablanan daşınma haqqları nə qədər aşağı tariflə hesablansa, müştəri axını da bir o qədər çox olur. Təbii ki, qiymətin aşağı olması keyfiyyətin aşağı olacağı mənasına da gəlmir. Müştərilərin bir çoxu həftəsonu bağlamalarını götürə bildiyi üçün altı və bazar günləri fəaliyyət göstərən şirkətlərə də önəm verirlər. Eyni zamanda karqo şirkətinin sosial hesablarının dolğun və maarifləndirici olması da seçim zamanı əsas rol oynayır. İstənilən vaxtı əlaqə saxlamağın mümkün olduğu şirkətlər ən sevimli karqo şirkətləri siyahısına əlavə olunur. 

İntensiv sifarişlər verən alıcılar üçün bir çox karqo şirkəti bonuslar təqdim edir. 

Çatdırılma vaxtlarına da olduqca diqqət edilməsi gərəkən məqamlardan biridir. Çünki müştərilər kuryer sifariş verdiyi təqdirdə saat seçiminə üstünlük verirlər. Çatdırılma adətən 24-48 saat ərzində baş tutur. 

Bir çox karqo şirkətinin şəhərin fərqli yerlərində filiallarının olması da müştərilər üçün önəmli sayılan məqamlardandır. Artıq nəinki Bakıda, Azərbaycanın bir çox şəhər və rayonlarında da karqo şirkətləri fəaliyyət göstərir.

Müştərilərin əsas üzləşdiyi problemlərdən biri sifarişlərin geri qaytarılmasıdır. Çünki xarici ölkələrdən gətirilən məhsullar səhv, xarab, sınıq göndərilə bilir. Lakin bir çox karqo şirkəti geri qaytarma xidmətini həyata keçirmədiyi üçün itirən yenə müştəri olur. Bu səbəblə də geri qaytarılacaq məhsulların ünvandan qəbulu xidmətini göstərən karqo şirkətlərinə üstünlük verildiyi daha çox müşahidə edilir.