elgun
ede
rfr 30 Sentyabr 2022

Təmir sonrası təmizlik işləri  

Yeni boyanmış məkanın təmizlənməsinə fırça ilə təmizləmə ilə başlamaq daha məqsədəuyğun olardı. Çünki fırçaların üzərinə yapışmış boya başqa yerləri çirkləndirə bilər. Bu da təmizlənmiş səthlərin təkrar çirklənməsinə səbəb olur. Buna görə əvvəlcə fırçanın və rulonun təmizlənməsi vacibdir.

Fırça və rulonun təmizlənməsi isə rəngləmə işlərində istifadə olunan boyadan asılı olaraq dəyişə bilər. İstifadə olunan boya su əsaslıdırsa, ilıq su və yuyucu vasitə ilə fırçalarınızı asanlıqla təmizləyə bilərsiniz. Sadəcə fırçaları ilıq su və yuyucu vasitə ilə bir qaba qoymaq kifayətdir. 

Təmir sonrası təmizlik, boyalı ərazinin təmizlənməsi

Fırçalar və rulonlar təmizləndikdən sonra boyanın töküldüyü yeri təmizləmək vaxtıdır. Bunun üçün ilk növbədə yerə sərilmiş linoleumu yığmaqla başlaya bilərsiniz. Linoleumun sərilməsində məqsəd divarlar boyandığı zaman döşəməyə boyanın sıçramasının qarşının alınmasıdır. Təmir sonra təmizlik üçün vacib olan yerlər: qapılar, pəncərə və kənarları boyanın sıçradığı yerlər silinməlidir. Kafel, parket və pəncərələr də boya və ağartma zamanı çirklənə bilər. Bu səthlərdəki boya ləkələrini də təmizləmək üçün xüsusi vasitələrin istifadəsinə ehtiyac yaranır. Həmin vasitələrin istifadəsi zamanı isə əlcəklərdən, ağız maskalarından və hətta eynəklərdən istifadə mütləqdir. 

Məkanı havalandırmağı unutmaq olmaz

Bir digər vacib addım isə məkanı havalandırmaqdır. Çünki boyadan çıxan qoxu və kimyəvi maddələrin otaqlardan çıxarılması vacibdir. Bu qaydalara riayət edərək evin rənglənməsindən sonra təmizliyi müvəffəqiyyətlə tamamlaya bilərsiniz. 

Təmirdən sonra ofis təmizliyi

Ofis təmizliyi zamanı diqqət ediləcək məqamlar sizin üçün maraqlıdırsa, düz ünvandasınız. Çünki yeni ofis icarəyə götürmüş şəxslər üçün təmirdən və yaxud da köçdən əvvəl ilk edəcəkləri şey ofislərinin təmizlənməsidir. Bəs ofis təmizliyi necə edilməlidir? Gəlin bilikdə öyrənək.

Təmiz və səliqəli ofis təkcə vizual olaraq daha cəlbedici deyil, həm də müştərilərdə xoş təəssürat yaradan əsas şeylərdən biridir. Eyni zamanda işçilərin məhsuldarlığını da artırır. İş yerində mətbəx, pilləkən, tualet kimi bütün sahələrin təmiz olması fiziki və ruhi sağlamlıq üçün də vacib amillərdəndir. Ofis təmizliyində istifadə olunan materiallar diqqətlə seçilməlidir. Çünki seçilən vasitələr hər bir sahəni tam təmizləməli, necə deyərlər məkanı parlatmalıdır.

 Ümumi ərazinin təmizlənməsi

Ofisdə ümumi ərazilərin təmizlənməsinə, əgər varsa, soyuducudan başlamağınız yaxşı olardı.

    Soyuducuda kiflənmiş və ya qoxuyan yemək varsa, onu atmağınız mütləqdir. Soyuducunun üst hissəsini nəm parça ilə sildikdən sonra onu mikrofiber parça ilə quruladıqda ləkə izləri də qalmayacaqdır..

    Otaqda yerləşən stolları və stulları yaxşıca silməli və cilalamalısınız.

    Əgər ofisin mətbəxində mikrodalğalı soba varsa,gündəlik olaraq təmizləməyiniz vacibdir.

    Divarlarda ləkə və kir varsa, uyğun materialla təmizləyə bilərsiniz. 

    Sonuncu olaraq təmizliyi zibilləri ataraq yekunlaşdıra bilərsiniz

Təmir sonrası təmizlik xidmətimizdən faydalanmaq üçün elə indi müraciət edin.