elgun
ede
rfr 20 Oktyabr 2022

Mebel ustası xidməti haqqında

Mebel ustası axtarışında olanlar üçün əla təkliflərimiz vardır. Yeni ev alanlar, yaşayış yerini dəyişənlər, ofisindəki mebelləri yeniləmək istəyənlər üçün əla qiymətə mebellərin daşınması, sökülüb-yığılması, hər növ mebellərin təmiri xidmətlərini təklif edirik. Qiymətlərimiz olduqca münasibdir. İşinin peşəkarı olan ustaları 166.az-da tapa bilərsiniz.

Mebellər diqqət tələb edən əşyalardandır. Hər hansısa bir səhv onların görünüşü poza bilər. Qopma, cızılma, sınma kimi bütün problemlərdən sığortalanaraq istənilən mebellərin:

  •    təmiri
  •    sökülməsi və qurulması
  •    karqo daşınması
  •    kiçik detallarının dəyişdirilməsi

kiçik malyar işlərinin görülməsi xidmətlərimizə daxildir.

Əgər mebellərinizdə hər hansı bir cızılma, qopma və s. bu kimi oxşar  problemlər varsa, peşəkar ustalarımız xırda təmir işlərini yerinə yetirərək nasazılıqları aradan qaldıracaq, kiçik malyar işlərini görərək əşyalarınıza daha gözəl görünüş qatacaqlar. Beləliklə, köhnə mebeliniz yeni kimi görünəcək, evinizdə fərqli atmosfer yaradacaqdır. 

Mebel ustası xidməti üstünlükləri

Yaşayış yerini dəyişənlərin əsas problemlərindən biri evdəki mebellərin çıxarılmasıdır.Hər bir mebelin sökülüb paketlənməsi olduqca yorucu və uzun vaxt aparan işlərdən biridir. Köç zamanı mebəllərinizin rahat daşınması, sökülüb-quraşdırılması, istərsə də müxtəlif ölçülü və dizaynlı mebellərin sıfırdan yığılmasına görə “Mebel ustası” xidmətimizə müraciət edə bilərsiniz.