elgun
bann

Dezinfeksiya prosesi xəstəlik mənbəyi ola biləcək virus və bakteriyaların məhv edilməsini özündə birləşdirir.

166 Dezinfeksiya Xidməti olaraq, sifariş zamanı məkanın hərtərəfli dezinfeksiyasını həyata keçiririk.
Dezinfeksiya prosesi zamanı məkanınız peşəkar dezinfektorlarımız tərəfindən virus, mikrob, bakteriyalar əleyhinə maddələrlə dərmanlanır və ətirlənərək sizə təhvil edilir.
Nəzərinizə çatdıraq ki, dezinfeksiya zamanı şirkətimiz tərəfindən sertifikat verilir.

Sifariş: 166
Whatsapp/ zəng: +994 50 231 17 80 



banner
Kampaniyalar

Dezinfeksiya Xidməti

Dezinfeksiya - cansız səthlərdə xəstəlik törədən xüsusiyyətlərə malik bakteriya, virus (koronavirus kimi) və parazitlər kimi mikroorqanizmlərin kimyəvi maddələrdən istifadə etməklə azaldılması və ya məhv edilməsi prosesidir. Bir çox virus, bakteriya ev, ofis və ya məktəb kimi gün ərzində çox vaxt keçirdiyimiz mühitlərdə yaşamaq üçün yer tapa bilər. İnsan sayının və fəallığının yüksək olduğu yerlərdə, xüsusən də ofislərdə, məktəblərdə, fabriklərdə risk daha da yüksəkdir. Bu səbəbdən bütün yaşayış yerlərində rutin təmizlikdən əlavə müəyyən fasilələrlə dezinfeksiya işləri aparılmalıdır. Məlumdur ki, riskli ərazilərdə dezinfeksiya işləri tez-tez və ya düzgün aparılmazsa, dezinfeksiyaedici maddələr, məhlullara qarşı davamlı mikroorqanizmlər yarana bilər. Dezinfeksiya vasitələri növü və dezinfeksiya üsulu düzgün tətbiq edildikdə virus, bakteriya və bir çox digər mikroorqanizmlərə qarşı dezinfeksiya prosesi effektiv olur. Dezinfeksiya xidməti effektivliyini müəyyən edən bir neçə mühüm amil var. Bunlar mikroorqanizmin növü, ətraf mühitin uyğunluğu, dezinfeksiya edici məhlullar və onların növləri ,əlavə olaraq da səthin növüdür. Hər bir səthin, mikroorqanizmin və ətraf mühitin öz təsirli dezinfeksiyaedici maddəsi var. Dezinfeksiya xidmətini qəbul etməzdən əvvəl dezinfeksiya vasitələri və dezinfeksiyaedici materialın seçilməsi və müvafiq olaraq dezinfeksiyanın müvəffəqiyyəti baxımından xidməti yerinə yetirəcək şəxslərə bütün bu amilləri ətraflı şəkildə izah etmək vacibdir.