166 Logistika Akademiyası 2020 - Ölkə Daxili və Beynəlxalq Yukdasima -166 Yuk dasima 24/7

Logistika Akademiyası 2020

2019-cu ildən etibarən başlayan və sonuncu kurs, magistr tələbələri və məzunların real iş mühitində təcrübə qazanması məqsədi ilə “166 Logistika Akademiyası” yay təcrübə proqramı 2020-ci il üçün müraciətləri açıq elan edir.

İlk dəfə 2019-cu ildə keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına 1500+ müraciət qeydə alınmışdır. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 45 nəfər yay təcrübə proqramına qəbul olunmuş və 14 şəxs hazırda “166 Yükdaşıma və Logistika” şirkətinin daxilində müxtəlif departamentlərdə fəaliyyət göstərirlər.

Logistika Akademiyası 2020 müraciət şərtləri

Təhsil: Bakalavr sonuncu kurs, magistr səviyyəsi üzrə təhsil alan və ya yeni məzun olmuş şəxslər

Qeyd olunan sahələr üzrə real iş təcrübəsi qazanmaq istəyən və yuxarıdakı tələblərə cavab verən hər bir şəxs müraciət edə bilər:

-Marketinq və Biznesin İnkişafı,
-Qrafik Dizayn,
-E-kommersiya,
-Data Analitikası,
-İnsan Resursları,
-Hüquq,
-Maliyyə,
-Mühasibatlıq,
-Korporativ Əməliyyatlar,
-Çağrı Mərkəzi,
-Korporativ Satış,
-Nəqliyyatın İdarə Olunması,
-İT.

Müraciət etmək üçün academy@166.az ünvanına CV-ni, transkript və təhsil aldığınız kursu qeyd edərək, mövzu yerinə isə “Təcrübə keçmək istədiyiniz sahənin adını” (məsələn,"Marketinq və Biznesin İnkişafı") yazın və göndərin. Təcrübə proqramı iştirakçılarına şirkət tərəfindən ödəniş nəzərdə tutulur. Sənədlərin son qəbul tarixi: 21.06.2020

Təcrübə proqramının başlanma tarixi: 06.07.2020

Təcrübə proqramının bitmə tarixi: 04.09.2020


“166 Yükdaşıma və Logistika” şirkətində çalışan 2019-cu il “166 Logistika Akademiyası” məzunlarının layihə haqqında fikirləri

Avatar

Nərgiz Abbasova İnsan Resursları üzrə Mütəxəssis

Çox şadam ki, karyerama “166 Yükdaşıma ve Logistika” şirkətində başladım. Artıq 1 ildir ki, bu ailənin bir üzvüyəm. Mehriban ve peşəkar kollektiv sayəsində marağında olduğum sahəni daha dərindən öyrəndim və öyrənməyə davam edirəm. Karyera imkanları, gördüyümüz işin rəhbərlik tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi məni daha da motivasiya edir və bu yolda daha uğurlu addımlar atmağıma şərait yaradır. Karyerasında ilk addımlarını atmaq istəyən bütün tələbələri, universiteti yeni bitirmiş məzunları "Logistika Akademiyasi" təcrübə proqramına qoşulmağa dəvət edirəm.

Avatar

Həcər İsmayılovaTəlim mütəxəssisi

Təhsilimi bitirən kimi qoşulduğum "166 Logistika akademiyası" təcrübə proqramı karyera həyatımın başlanğıcı oldu. 1 il ərzində qazandığım təcrübə, peşəkar iş kollektivi və iş mühiti dövrün gənci olaraq çətinliklərlə başa çıxmağı, karyera həyatının zirvəsinə çatmaqda addımlamaq üçün mənə çox kömək edir. Hazırda nəinki ölkənin, hətta bütün dünyanın ən sürətli inkişaf edən sahəsi olan yükdaşıma və logistika sahəsində ölkə üzrə lider şirkətdə əvvəl təcrübəçi, hazırda əməkdaşı olmaq mənə çox böyük təcrübə və qürur bəxş edir. Peşəkar karyera həyatına başlamaq istəyən hər bir gəncə "166 Logistika Akademiyası"na qoşulmağı tövsiyə edirəm.

Avatar

Əhməd ƏhmədovMaliyyə mütəxəssisi

Əmək bazarında təcrübənin mühüm əhəmiyyət kəsb etdiyi dövrdə “166 Yükdaşıma və Logistika” şirkətində ixtisasımla bağlı əldə etdiyim təcrübə karyerama istiqamət verməyimə kömək oldu. "166 Logistika Akademiyası" təcrübə proqramı çərcivəsində 2 ay müddətində bizlər üçün təşkil olunan kurs və təlimlər şəxsi inkişafımızda bizlərə kömək olmaqla yanaşı peşəkar şəkildə yanaşma məni cəzb etdiyi üçün şirkətin bir üzvü kimi əvvəlcə yarım ştat, hazırda isə tam ştat çalışmağa davam edirəm.

DAHA ƏTRAFLI 166
© 166 Yük Taksisi 2012-2019
Bütün hüquqlar qorunur.
Şərifzadə küç. 168 A, AZ1000 Bakı şəhəri
Bizi izləyin
Yeniliklərə üzv olun