elgun
ede
rfr 30 Sentyabr 2022

Xalça yuma qaydaları fərqlidir.

 Belə ki, ev şəraitində xalça yumağın qaydası çox asandır.İri bir sahəyə xalçalar sərildikdən sonra yuyucu vasitələr xalçaların üzərinə səpilir və fırçalanmağa başlayır. Yaxşıca fırçalandıqdan sonra isə üzərindən su axıdılaraq yuyucu vasitələrin tam şəkildə çıxarılması təmin olunur. Tamamilə yuyulub təmizlənən xalça hündür bir yerdən günəş görəcək şəkildə asılır. 2 və ya 3 gün açıq havada quruması üçün gözlədilir. 

Xalça yuma şirkətlərində bu proses tamamilə fərqli şəkildə olur. 

Belə ki, hər bir xalçanın materialına uyğun olaraq təmizlik üsulları tam fərqli olur. Təbii təmizləmə üsulu ilə xalçanız heç bir zədə görmədən mükəmməl şəkildə təmizlənib təhvil verilir. Seçim müştərilərin istəyinə uyğun olaraq dəyişir.

Yun saplarla toxunan xalçalar çox qiymətlidir, ona görə də onları qeyri-peşəkar üsullarla təmizləmək tamamilə yanlışdır və bu xalçanın korlanmasına gətirib çıxara bilər. Bu xalça növünün təmizlənməsi yüksək qayğı tələb edir. Bu xalçaların təmizlənməsi üçün əllə yuma məsləhət görülür, lakin peşəkarlar tərəfindən həyata keçirilməli olan bu proses böyük diqqət tələb edir.

İpək xalçaların təmizlənməsi

Dəyəri və zərifliyi ilə məşhur olan ipək xalçaların təmizlənməsi böyük diqqət tələb edir. İpək xalçaların təmizlənməsi üçün kimyəvi təmizləyicilərindən istifadə etmək düzgün deyildir . Bu səbəbdən peşəkar xalça təmizləmə xidməti təklif edən şirkətlərdən birinə üz tutulmalıdır. 

Ev şəraitində xalça yuma zamanı diqqət edilən qaydalar:

  •   Xalçanızı tozsoran ilə təmizləyin. Bu proses xalçanızın liflərini havalandıracaq və xalçanız tozdan təmizlənəcəkdir.
  • Təmizləyici seçimində diqqətli olmağınız vacibdir. Xalçanızın növünə uyğun olan təmizləyici vasitə seçməlisiniz.
  •  Çox sərt tükləri olan fırçalar xalçanızın toxumasına zərər verə bilər. Fırça seçimində də xalçanın materialına uyğun olanı seçməlisiniz.
  •  Xalçanızın hər iki tərəfini eyni qayğı ilə yuyun və təmizləyin.
  •   Əllə yuma zamanı durulamağı düzgün etdiyinizə əmin olun . Qalan kimyəvi maddələr xalçanın liflərinə zərər verəcəkdir. Xalçanız yumşaqlığını itirib korlana bilər.
  •  Xalçanızı tam quruduqdan sonra asqıdan götürməyiniz lazımdır.

166 Xalça Yuma xidmətimizdən istifadə etməklə, həm zamanınıza, həm də enerjinizə qəanət etmiş olacaqsınız.