elgun
ede
rfr 23 Dekabr 2022

Logistika nədir?

 İlk əvvəl bu sözün mənasını sizlər üçün açıqlayaq. Logistika ingilis dilindən götülmüşdür, mənası isə "mürəkkəb bir əməliyyatın ətraflı təşkili və həyata keçirilməsi" deməkdir. 

Logistika anlayışına isə; 

    Nəqliyyat, 

    Anbar, 

    Xidmət,

    Materialların komplektləşdirilməsi,

    Hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir.

Logistik xidmətlər olaraq bir məhsulun nəqliyyat vasitəsilə daşınması, saxlanılması, gömrük qaydalarına uyğun rəsmiləşdirilməsi, həmçinin qablaşdırma, paylama kimi olan bütün proseslərin həyata keçirilməsidir. Bir sözlə Logostika, müştəri ehtiyaclarını qarşılamaqdır. 

Logistikanın aşağıdakı bölmələri vardır:

    Tədarük logostika

    Nəqliyyat logistikası

    Hərbi logistika 

    Satış logostikası

    Paylama logostikası 

    Biznes logistika 

    Ehtiyyat logistikası

    Kompleks logostika

    Anbar logistikası

    İnformasiya logistikası

İnformasiya, maliyyə, yüksək keyfiyyətli məhsul göndərmələri təmin edən material, kadr və s axınların funksional menecmetinin interaktiv sistemini yaratmaq və səmərəli etmək logostikanın əsas məqsədidir.