Yükdaşımalarda Təhlükəsizliyin Vacibliyi
24 May 2024

Logistika və Yükdaşıma  nə deməkdir?

Yükdaşıma prosesi yüklərin təyinat yerinə vaxtında və yaxşı vəziyyətdə çatmasını təmin edən vacib proseslərdən biridir. Bu proses , yükün tez və təhlükəsiz şəkildə təyinat yerinə çatdırılmasını təmin edir. Yüklərin daşınması yaxşı idarə olunduqda təkcə xərcləri azaltmır, həm də çatdırılma müddətini qısaltmaqla və zərər riskini azaltmaqla müştəri məmnuniyyətini artırır.
Yükdaşıma  yüklərin etibarlı və sürətli daşınmasında əsas komponentlərdəndir. Çünki , yüklərin təyinat yerinə vaxtında və yaxşı vəziyyətdə çatması əsas amillərdən biri hesab olunur. 
Uyğun seçilmiş nəqliyyat sistemləri yükdaşıma prosesinin  düzgün işləməsi və müştərilərin məmnun qalması üçün  vacib seçimlərdən  hesab olunur.

Yükdaşıma və Logistikada Risk Faktorları Hansılardır?

Yüklərin daşınması  və saxlanması zamanı risk faktorları yükdaşıma prosesində  əməliyyatlarının səmərəliliyinə və təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu risklər gecikmələrə, əlavə xərclərin  artmasına və malların zədələnməsinə gətirib çıxara bilər ki, bu da ümumi iş performansına təsir göstərir. Bu riskləri başa düşmək və idarə etmək olduqca vacibdir.


Yükdaşıma xidmətində yarana biləcək təhlükələr

Güclü yağış, qar və tufan kimi hava şəraiti gecikmələrə və qəzalara səbəb ola bilər.Tıxaclar da həmçinin gecikmələrə və nəqliyyat xərclərinin artmasına səbəb ola bilir. Avtomobillərdəki mexaniki nasazlıqlar çatdırılmada gecikmələrə səbəb olacaq risklərdəndir. Qəzalar və toqquşmalar yüklərə  zərər verə bilər və sürücülər üçün təhlükəsizlik riskləri yarada bilər. 

166 Yükdaşıma xidməti

Nəticədə, yaxşı idarə olunan logistika prosesi vaxt və xərclərə qənaət edir, zərərin qarşısını alır və müştəri məmnuniyyətini artırır. Buna görə də, biznesinizin logistika ehtiyaclarını ekspert iş ortağına həvalə etmək sizə rəqabətdə üstünlük verəcək.

166 Yükdaşıma xidməti  yükdaşımalarda  sizin dost və etibarlı iş ortağınız ola bilər. 166 qısa nömrəsi ilə əlaqə saxlayaraq xidmətlərimiz və sizə təqdim edə biləcəyimiz üstünlüklər haqqında daha ətraflı məlumat ala bilərsiniz.