ede
rfr 28 May 2024

Xalçalar evimizin dekorasiyasında və rahatlığında mühüm rol oynayır. Lakin, vaxt keçdikcə müxtəlif ləkələr xalçalarımızı korlaya bilər. Bu bloqda xalçalara düşən ləkələrin necə təmizlənəcəyini və bu prosesi asanlaşdırmaq üçün faydalı məsləhətləri öyrənəcəksiniz.

Xalçaya düşən yemək və içki ləkələri

Yemək və içki ləkələri xalçalarda tez-tez rast gəlinir. Çay, qəhvə, şərab və ya başqa içkilər xalçaya düşəndə dərhal müdaxilə etmək lazımdır. İlk olaraq, ləkənin üzərinə yaş dəsmal qoyub, mayenin qurumağını gözləyin. Sonra, ilıq su və bir az sabun istifadə edərək ləkəni yavaşca silin. Əgər ləkə hələ də qalırsa, xüsusi təmizləyici məhluldan istifadə edə bilərsiniz.

Xalçaya düşən yağ ləkəsi

Yağ ləkəsi tez-tez rast gəldiyimiz ləkələrdən biridir. Bu cür ləkələr üçün ləkənin üzərinə qabartma tozu və ya qarğıdalı nişastası səpin ki, yağı udsun. Bir neçə dəqiqə sonra, yumşaq bir fırça ilə tozu xalçadan təmizləyin. Daha sonra, ilıq su və bir az sabun qarışığı ilə ləkəni silin.

Xalçaya düşən boya ləkəsi

Boya ləkəsini xalçadan təmizləmək çətin ola bilər. Əvvəlcə, ləkənin üzərinə alkoqol və ya tiner qoyun. Bu maddələr ləkəni yumşaldacaq. Daha sonra, təmiz bir parça ilə ləkəni silin və ardınca ilıq su və sabun qarışığı ilə yuyun.

Xalçaya düşən qan ləkəsi

Xalçadakı qan ləkələrini çıxarmaq xüsusilə çətin ola bilər. Qan ləkəsində bir xörək qaşığı duzu iki stəkan soyuq su ilə qarışdırırsınız olmalıdır. Təmiz bir parçanı hazırladığınız məhlula batırıb və qan ləkəsini silin. Bu addım, ləkəni yaymadan çıxarmağa kömək edir. Bu üsul xalçanın üzərindəki qan ləkəsindən qurtulmağına yardımçı olacaq.


Bu məsləhətlərə əməl edərək, xalçalarınızın həmişə təmiz və gözəl qalmasını təmin edə bilərsiniz. Əgər hələdə xalçanıza düşən ləkəni təmizləməkdə çətinlik çəkirsinizsə, peşəkarlardan ibarət komandaya sahib olan 166 Xalça yuma xidmətinə müraciət edə bilərsiniz.