Addım-addım Bahar Təmizliyi: Evini Yaza Hazırla!
5 May 2025

Bahar gələndə təbiət yenilənir – elə evlərimiz də! Təmiz hava, günəşli günlər və təravət hissi bizi evlərimizdə də yeniliklər etməyə həvəsləndirir. Bahar təmizliyi isə bu dəyişimin ən vacib hissəsidir. Bəs bu prosesi necə asan və sistemli şəkildə həyata keçirmək olar?

Sənin üçün addım-addım bahar təmizliyi bələdçisi hazırladıq. Üstəlik, bu işə vaxt ayıra bilmirsənsə, 166 Təmizlik Xidməti  sənə kompleks bahar təmizliyi ilə kömək etməyə hazırdır!

 

 1. Planla və Hazırlaş

  • Təmizlikdən əvvəl plan qur. Hər otaq üçün ayrı gün və tapşırıqlar müəyyən et.

     
  • Təmizlik ləvazimatlarını yoxla: mikrofiber bezlər, əlcəklər, toz alma fırçaları, təmizləyici məhlullar və s.

     
  • Artıq istifadə olunmayan əşyaları seç və ayır: bağışla, sat və ya at.


     

 

 2. Otaq-otaq Təmizliyə Başla

Evi birdəfəyə təmizləməyə çalışmaq çox yorucu ola bilər. Ən yaxşısı otaq-otaq getməkdir:

Yataq otağı:

  • Dolabları boşalt, artıq geyimləri ayır.

     
  • Döşəyi çevir, pərdələri yu..

     
  • Tozları sil və ətrafı səliqəyə sal.


     

Mətbəx:

  • Soyuducunu boşalt və içini dərin təmizlə.

     
  • Dolabların içini sil və son istifadə tarixinə bax.

     
  • Davamlı istifadə olunmayan ərzaqları ayır və digərlərini öndə saxla.


     

Hamam:

  • Kafel və fayansları sirkəli su ilə təmizlə.

     
  • Tualeti kimyəvi məhlullarla yu.

     
  • Hamam şkaflarını səliqəyə sal.


     

Qonaq otağı:

  • Qonaq dəstini və xalçaları təmizlə.

     
  • Elektron cihazların arxasını tozdan təmizlə.

     
  • Pəncərə və jalüzləri sil.


     

 

3. Detalları Unutma

  • Divar arxaları, künclər və plintuslar tez-tez unudulur. Xüsusilə bu yerlərə diqqət et.

     
  • İşıq düymələri, qapı dəstəkləri və uzaqdan idarəetmələri dezinfeksiya et.

     
  • Tozsoranın filterini və süpürgə başlıqlarını da təmizlə. 

 

 4. Sistemi Saxla

  • Gündəlik və həftəlik təmizlik planı qur ki, bahar təmizliyinin nəticələri uzun müddət qalsın.
     
  • Hər ay kiçik sahələrə fokuslan.

  

 Vaxtın Yoxdursa – 166 Təmizlik Xidmətinə Güvən

Təmizlik üçün vaxt və enerji ayırmaq çətin ola bilər, xüsusilə də iş və ailə ilə məşğul olduğun zaman. Bu səbəbdən 166 Təmizlik sənin üçün kompleks bahar təmizliyi xidmətini təklif edir:

  •  Hər otaq üçün peşəkar təmizlik
  •  Dərin təmizlik, dezinfeksiya və səliqə
  •  Zamanına qənaət, rahatlığına rahatlıq qat!

 

Bahar təmizliyi sadəcə toz almaq deyil, həm də ruhunu, enerjini və yaşam alanını yeniləmək deməkdir. Addım-addım get, özünə və evinə bu təravəti bəxş et. Əgər bu prosesi özün etmək istəmirsənsə və ya vaxtın yoxdursa, 166 Təmizlik bir zəng qədər uzağındadır! 

Hazırsansa, ya təmizliyə başla, ya da peşəkar komandaya etibar et.