20 Oktyabr 2022
Ölkəmizdə xalça yuma şirkətlərindən hansıları tanıyırsınız?
Xalça yuma şirkətlərinin sayı ölkəmizdə kifayət qədər çoxdur. Xüsusilə yaz və yay aylarında bu şirkətlərin xidmətinə daha çox ehtiyac yaranır. Xalçaların materialına görə təmizlənmə üsulları da fərqli olur. Qeyd edək ki, xalça yuma şirkətləri ölçülərə görə fərqli qiymətlər təklif edirlər. Müştərilər isə onlara qiymət baxımından daha uyğun şirkətlə əməkdaşlıq etməyə üstünlük verirlər. 166.az olaraq sizlərə ən münasib qiymət və yüksək keyfiyyət təklif edirik.
Xalça növünə görə təmizləmə
İstifadə sahəsindən tutmuş toxunma tərzinə qədər xalçaların bir çox növləri vardır. Xalçaların növünə görə qiymətləri də fərqli olur. Qonaq otağı, yataq otağı, uşaq otağı, hamam otağı, mətbəx və dəhliz üçün fərqli naxışlara, dizayna, materiala sahib çox sayda xalça növləri istehsal olunur.
Bundan əlavə:
- Müxtəlif heyvan (qoyun, keçi və s.) tüklərindən hazırlanan xalçalar
- Süni tüklərdən hazırlanan xalçalar
- Dəridən hazırlanan xalçalar
- Peluş xalçalar
- Patçvork kimi tanınan parça ilə hazırlanan xalçalar vardır.
Qeyd etdiyimiz xalçaların hər birinin təmizlənmə üsulları da fərqlidir. Xalçaların təmizlənməsi qaydasına düzgün riayət olunmadıqda keyfiyyəti aşağı düşə və zərər görə bilər. Buna görə də seçmiş olduğunuz xalça yuma şirkətlərinin işinə bələd olmalı, zəmanət vermələrini tələb etməlisiniz. 166.az xalça yuma xidməti olaraq sizə zəmanət və yüksək keyfiyyət vəd edir.