20 Oktyabr 2022

Dezinfeksiyaedici maddələr və təsiredici vasitələr hansılardır? 

Dezinfeksiyaedici maddələr əsasən kimyəvi tərkibli dərmanlardan ibarət olur. Hər bir bakteriya, virus və mikroblar üçün fərqli xüsusiyyətlərə, təsir gücünə sahib maddələr vardır. Yalnız mövsümdən asılı olaraq deyil, ilin istənilən ayında dezinfeksiya xidmətinə ehtiyac yaranır. Yaşayış sahənizdə qəfil meydana çıxan böcəklər və digər həşəratlardan xilas olmaq üçün saytımızda sizlər üçün təklif etdiyimiz dezinfeksiya xidmətindən istifadə edə bilərsiniz.

Dezinfeksiya üsulları barədə

Dünyada baş verən son dəyişikliklərdən sonra insanlar gigiyenik qaydalara daha çox riayət etməli olduqlarını anladılar. Çox sayda insanların xəstələnməsi, ölüm hallarının artması nəticəsində ictimai nəqliyyatın, metroların, insanların çox olduğu yerlərin dezinfeksiya edilməsinin vacib olduğunu bir daha anladıq. Beləliklə, nəinki ictimai məkanlar, eləcə də ev və iş yerləri üçün də bu qaydaların keçərli olması səbəbindən insanlar dezinfeksiya xidmətlərindən istifadə etməyə başladılar. 

Adətən bu xidmət 3 üsulla həyata keçirilir:

1. Püskürtmə üsulu 

2. Dumanyolu  üsulu 

3. Fiziki üsullarla


Püskürtmə üsulu ilə edilən dezinfeksiya müxtəlif cisimlərə və ya alətlərə çiləyərək tətbiq edilən bir prosesdir.

Dumanyolu üsulu ilə edilən dezinfeksiya əsasən qida istehsal sahələrində cihazlara nüfuz edilən proseslərdəndir. Kif, maya, bakteriya və viruslara qarşı ən effektiv üsullardan hesab olunur.

Fiziki üsullar ilə dezinfeksiya isə alətləri isti qaynar suya batırmaqla həyata keçirilir. Qaynama istiliyinə qeyri-sabit olan materiallar üçün daha aşağı dərəcədə istilik dezinfeksiyası mümkündür. Belə ki, 80 dərəcədə 10 dəqiqə, 90 dərəcədə isə 1 dəqiqə gözləməli kifayətdir. Bu üsulun digər xüsusiyyəti filtrasiyadır. 

Digər xidmətlərimiz:

  •  Dezinseksiya prosesinə tarakan, ilbiz, taxtabiti, milçək, ağcaqanad, gənə, birə, qurdlar və digər həşəratların məhv edilməsi daxildir.
  •  Deratizasiya bağ evlərinin, əkin və istehsalat sahlərinin, kafe və restoranların siçan, siçovul, ilan, kərtənkələ və digər gəmirici, həmçinin sürünənlərdən müdafiə etmək üçün istifadə edilən üsuldur.
  • İlanlara qarşı dərmanlama zamanı xüsusi qoxulu maddələrdən istifadə edilərək ilanların əraziyə gəlməsinin qarşı alınır. 
  • Fumiqasiya – Böcək və digər ziyanvericilərə (göbələk, bakteriya və s.) qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən dezinfeksiya üsuludur. 
  • Proses zamanı qaz halında olan kimyəvi maddə (fumiqant) vasitəsilə ziyanvericilər məhv edilir. 

Şirkətimiz tərəfindən istifadə olunan dezinfeksiyaedici maddələr olduqca effektivdir. İstənilən problemin həlli zamanı bizə müaciət edə bilərsiniz.