21 Dekabr 2022
Ölkəmizdə çox sayda bağ evləri vardır. Xüsusilə Bakıda və Bakı kənarında bir-birindən gözəl bağ evlərinə rast gəlmək mümkündür. Bağı səliqəli saxlamaq olduqca vacibdir.
Peşəkar bağban xidməti
Bununla yanaşı meyvə ağaclarına, güllərə qulluq etmək də peşəkarlıq tələb edən sahələrdəndir. Uzun illər bağbanlıq fəaliyyəti ilə məşğul olan kəslər bu işin ustasıdırlar. Onlar hər ağacın, hər gülün dilini bilir, üsuluna görə bitkilərin qeydinə qalırlar. Vaxtı-vaxtında bitkilərin budanması, suyun verilməsi, torpağın bellənməsi və s kimi işlərə bağbanlar baxırlar.
Bağban xidməti bölgələrdə
Əgər siz bağ evinizi daha da gözəlləşdirmək, daimi olaraq ağacların qulluğunda durulmasını, həyətinizdə hər zaman gözəl güllərin açmasını istəyirsinizsə, o zaman bizim sizə təklif etdiyimiz bağban xidmətindən istifadə edə bilərsiniz. Bağban xidmətimizdən nəinki Bakı və ətrafında yaşayanlar, həmçinin istənilən bölgəmizdə yaşayan şəxslər maraqlana bilər.