Ağcaqanad, qarışqa, tarakan və s. həşəratları dezinfeksiyasının sadə yolları
9 Oktyabr 2023

Nəyə görə həşəratlardan özümüzü qorumalıyıq?


Çox zaman evlərdə, həyətlərdə və ictimai iaşə obyektlərində çoxluq təşkil edən həşəratların bir hissəsinin təbiət üçün az da yararlılığı olsada, ziyanlı tərəfləri daha çoxdur. Misal olaraq desək, həşəratlar allergiya daşıya bilər və insanları alerji simptomlarına məruz qoyurlar. Həmçinin, ağcaqanadlar da insanlara bulaşa bilən xəstəliklərin daşıyıcısı ola bilərlər. 




Həşəratların təhlükəsizliyə təsiri


Həşəratlar qidalanma yerlərinə çataraq qidalarda zərər verirlər və mikrobların yayılmasına yol verə bilərlər. Bu qida təhlükəsizliyini pozur və insan sağlamlığına təhlükə yarada bilər. Qorxulu təkcə bəzi həşəratların sancmaları deyil, yaydığı infeksiyalardır. Qanla qidalandıqları və bəzən sahiblərini dəyişdirdikləri üçün bəzi ağcaqanad və gənə növləri vəba, malyariya və Lyme xəstəliyi kimi xəstəlikləri ötürə bilər. Həmçinin, arıların sancması ağrı, qızartı və şişkinlik kimi əlamətlərə səbəb olan zəhərli toksinlər xaric edir. Bəzi insanların bu toksinlərə qarşı allergiyası olur. Bununlada müxtəlif xəstəliklər gəlib, ortaya çıxır. Tarakanlara isə gəldikdə tualetin və zibil qabının üstündə sürünərək, pəncələrindəki bakteriyalardan yapışaraq, onları mətbəxə və yataq otağına yayırlar. Çox vaxt onlar qurdların yumurtalarını daşıyırlar, lakin bir insanı E. coli, dizenteriya və ya tif xəstəliyinə yoluxa bilərlər. Bir çox insanlar mənzildə tarakanların olması səbəbindən allergik reaksiyaya malikdirlər.


Dezinfeksiya tədbirləri ilə həşəratlara qarşı mübarizə qaydaları


Bu həşəratların effektiv şəkildə nəzərdən keçirilməsi, dezinfeksiya tədbirləri ilə qarşısını almaq mümkündür. Qarışqaların nəzarət altına alınması, təhlükəsizliyini artırmağa kömək edir.


Asan üsüllarla tətbiq edə biləcəyiniz dezinfeksiya qaydaları:


- Qida artıqlarını vaxtında yığın, təmizlik mütəmadi olaraq yerinə yetirilsin.

- Həşəratları zərərsizləşdirə biləcək kimyəvi məhsullardanda istifadə etmək məqsədə uyğundur.

- Atılmalı zibil paketlərini uzun müddət  bir yerdə saxlamayın. Bu qarışqaların paketin ətrafında toplaşmasına səbəb olur.

- Döşəmələri vaxtı-vaxtında tozsoranlayıb, silmək mütləqdir.



Həşəratlardan birdəfəlik canınızı qurtarmaq istəyirsinizsə, 166.az Dezinfeksiya xidmətindən sizdə yaralana bilərsiniz.