15 Fevral 2024
166 Təmizlik xidməti, evinizin hər tərəfini parlaq və təmiz saxlamağa hazırdır. Ev təmizliyini peşəkarlara həvalə edin, öz vaxtınızı daha dəyərli işlərə ayırın.
Uyğun qiymetler və xüsusi paketlər
166 Təmizlik xidməti müxtəlif büdcə və ehtiyacları nəzərə alaraq, hər bir müştərinin tələblərinə uyğun təmizlik həlləri təklif edir. Ekspress, Ekonom, Standart, və Premium olmaqla, dörd əsas təmizlik paketi ilə sizə və ailənizə təmiz, sağlam və parlaq bir yaşayış mühiti təqdim edir. Bu paketlərin hər biri ayrı-ayrılıqda təmizlik zamanı istifadə olunan materialların keyfiyyətinə qədər müxtəlif seçimlər təklif edir.
Ofislərin peşəkar təmizliyi
İş yerinizin mükəmməl görünüşünü və işçilərinizin sağlamlığını qoruyun. İcazə verin əməkdaşlarımız ofis təmizliyi xidməti ilə iş yerinizi həmişə təmiz və səliqəli saxlasın.
Yumşaq divan və mebellərin dərin təmizliyi
Divan, kreslo və stullarınız ofis, evlərin bir göz bəbəyi kimi hesab olunur. Onlar çirkli görünsələr, həmən mühitdə nəyink təmizlik, xoş aura, təəsürat belə olmaz. Ona görə də əməkdaşlarımız geniş təcrübələri ilə dərman və avadanlıqlar ilə divan və mebellərinizi təravətli görünməsinə şərait yaradacaq.
Erazi təmizliyində mükəmməllik
Yaşadığınız ərazinin təmiz və səliqəli olması əhəmiyyətlidir. 166 Təmizlik xidməti, süpürmə, yarpaqların təmizlənməsi, zibilin atılması və otların biçilməsi kimi xidmətlərlə mühitinizi təmiz saxlayır.
Təmir sonrası ideal təmizlik
Təmir sonrası qalan çirkləri, boyaları və yapışdırıcıları peşəkar şəkildə təmizləyərək, yerlərinizi istifadəyə hazır hala gətiririk. Yeni təmir olunmuş ev və ofislərinizin təmizliyini 166 Təmizlik Xidmətinə etibar edin.
Bağ evlərinin təmizliyi
Bağ evinizin hər fəsilə uyğun təmiz və səliqəli qalmasını bizim komanda ilə rahatlıqla təmin edin. 166 Təmizlik xidməti, evin içi və həyətin təmizliyindən, hovuzun təmizlənməsinə qədər geniş xidmətlər təklif edir.
Pərdə və jalüzlərin professional qaydada yuyulması
Peşəkar təmizlik xidmətimiz, pərdə və jalüzlərinizin material növünə uyğun olaraq xüsusi yuma və qurutma texnikalarını əhatə edir. Həmçinin, bu prosesə pərdə və jalüzlərinizi zədələmədən təmizləmək üçün xüsusi təmizləyici maddələrdən istifadə edilməsi də daxildir. Yuyulma prosesindən sonra pərdə və jalüzləriniz qurudulur, lazım gəldikdə ütülənir və yenidən yerlərinə quraşdırılır. Bu xidmət evinizə təzəlik və təmizlik ruhu gətirir.
Binaların xarici görünüşünü parlaqlandıran fasad təmizliyi
Binaların xaricinin təmiz olması şirkət və ya müəssisənin imicini gücləndirir və ilk təəssürat üçün mühüm rol oynayır. Peşəkar komandamız yüksək risk təşkil edən çoxmərtəbəli binaların fasadlarının təmizlənməsində təhlükəsizlik qaydalarına ciddi riayət edərək, yüksək keyfiyyətli təmizləmə xidməti təklif edir.
Ev və ofis döşəmələrini yeniləyən kovrolit təmizliyi
Kovrolitlər, ofis və ev mühitində geniş yayılmış döşəmə örtükləridir. Xidmətimiz kovrolitlərin nəmləndirilməsi, fırçalanması və nəmin vaakumla çəkilməsi kimi prosesi əhatə edir. Təmizlik işləri tamamlandıqdan sonra, ofisinizdə təravətli və sağlam bir mühit yaranır, kovrolitləriniz isə dərhal istifadəyə hazır olur.
Mükəmməl şəffaflıq və təhlükəsizliklə pəncərə təmizliyi
Ofis vəya yaşayış məntəqələrinin pəncərə təmizliyi, təhlükəli və məşəqqətli bir iş ola bilər. 166 Təmizlik xidməti bu xüsusi vəziyyətlərdə güvənli və effektiv həllər təklif edərək, pəncərələrinizin parlaqlığını və şəffaflığını bərpa edir. Təmir sonrası pəncərə təmizliyində və digər ləkələrin aradan qaldırılması da daxil olmaqla, hər təfərrüat diqqətlə nəzərə alınır.
Evin bəzəyi olan çilçıraq təmizliyi
Çilçıraqlar, interyer dizaynında mühüm estetik elementlərdir. İstər-istəməz onlar vaxtında təmizlənmədikcə zamanla toz və kirlənməyə məruz qalır. 166 Təmizlik xidməti çilçıraqlarınızın təmizliyini peşəkar şəkildə həyata keçirərək, onların parlaqlığını və gözəlliyini qoruyur. Təmizləmə prosesi, çilçıraqların elektrikdən söndürülməsi, yuyucu maddələrlə işlənməsi və su ləkələrindən təmizlənməsi üçün qurudulması addımları əhatə edir. Bu xidmət çilçıraqlarınızı parlaq və göz alıcı hala gətirir, evinizin və ya iş yerinizin ümumi atmosferinə müsbət təsir edir.