elgun
ede
rfr 1 May 2024

Nəyə görə 166 Transport xidməti?


166 Transport, ölkəmizdə turizm, iş və digər sahələr üzrə müasir standartlara uyğun, həm rahat, həm də  operativ sərnişin daşıma xidmətləri təklif edir. Müştərilərimizin rahatlığı ilə yanaşı təhlükəsizliyi də bizim üçün ən vacib prioritetdir. Sprinter icarəsi, həmçinin, turların təşkili kimi xidmətlərdə peşəkar sürücü heyəti və keyfiyyət səviyyəsi ilə öndə olduğumuzu sübut edirik!


Sprinter nədir?


Sprinter, Mercedes-Benz tərəfindən istehsal edilən geniş və rahat bir mikroavtobusdur. Əsasən böyük qrupların şəhərdaxili və şəhərlərarası səfərləri üçün idealdır. Sprinterlərimiz, yüksək səviyyəli təchizat və texnoloji imkanlarla təmin olunmuşdur ki, bu da onları həm qısa, həm də uzun məsafəli səyahətlər üçün əlçatan edir.


Sprinterlərimizin əsas üstünlükləri


Bizim sprinterlərimiz yeni nəsil təchizatla zəngindir. Siz mikroavtobusda yerləşən powerbanklar sayəsində səyahət zamanı mobil cihazlarınızı rahat şəkildə şarj edə bilərsiniz. Nəqliyyatlarımızda yerləşdirilmiş GPS sistemi vasitəsilə sürət həddinə xüsusi nəzarət edilir, bu da səyahətinizin daha təhlükəsiz olmasını təmin edir. 


Sprinterlərimiz 18-20 nəfərlik oturacaqdan ibarətdir. Yumşaq və komfortlu oturacaqlar sizin uzun səfərlərdə belə rahatlığınızı qoruyur. Salonlarımız kondisioner və monitorlarla təchiz olunub, işıqlı salon və masalar sərnişinlərimizin rahat işləməsi və dincəlməsi üçün idealdır. Sprinterlər mütəmadi olaraq təmizlənir, geniş baqaj imkanları isə səyahət əşyalarınızı rahatlıqla yerləşdirməyə imkan yaradır..


Kimlər üçün daşıma xidməti mövcuddur?


166 Transportun daşıma xidmətləri aşağıdakı qruplar üçün mövcuddur:


  • Ailəvi, dostlarla və iş yoldaşları ilə birgə istirahət səfərləri

  • Toy, yas və digər mərasimlər

  • İşgüzar səfərlər və korporativ tədbirlər

  • Turistlərin hava limanından qarşılanması və istənilən ünvana çatdırılması

  • Şirkət işçilərinin həftəiçi daşınması

  • Təhsil müəssisələrinin tələbə və şagirdlərinin daşınması

  • Sağlamlıq məqsədi ilə bölgələrə səyahət

  • Tur agentlərinin təşkil etdiyi ekskursiyalar

  • Zavod, fabrik və bank işçilərinin istirahət, həm də iş məqsədi ilə daşınması

  • Özəl səfərlər üçün sürücü və nəqliyyat vasitəsinin icarəsi


166 Transport ilə səyahət etməkdən məmnun qalacağınıza əminik!