DEZİNFEKSİYA - Ölkə Daxili və Beynəlxalq Yukdasima -166 Yuk dasima 24/7

DEZİNFEKSİYA


166 Dezinfeksiya, Dezinseksiya, Deratizasiya xidmətləri

Dezinfeksiyanın bir neçə növü var. İnfeksiyanın dezinfeksiya olunacaq məkanda olub olmaması ilə 3 əsas növ yaranır. Bunlar:

1) Profilaktik 

2) Cari 

3) Yekun 

Ümumi olaraq dezinfeksiya infeksiya xəstəliklərinin inisiatorlarının və ətraf mühit səthlərində olan toksinlərin məhv olunması üçün həyata keçirilən kompleks tədbirlərdir.

Profilaktik: 

Dezinfeksiyanın bu növü müdafiə məqsədilə icra olunur. Məqsəd təhlükə zamanı obyekt və ya ərazi daxilində infeksiya inisatorlarının məhv olunmasıdır. 

Profilaktik dezinfeksiya əsasən insanların kütlə şəklində toplaşdığı və ya ziyarət etdikləri ərazilərdə aparılır. Bu ərazilər: Uşaq bağçaları, məktəblər, ali təhsil müəssisələri, ticarət obyektləri, istirahət və əyləncə zonaları, anbarlar, idman və sağlamlıq obyektləri, ictimai nəqliyyatlar və s.
Cari: 

Bu növ isə bakteriya və infeksiya daşıyıcısı olan xəstələrin olduğu məkanların dezinfeksiyasıdır.  Qeyd olunan növ əsasən tibbi müəssislələrdə aparılır. Xüsusi qrafik daxilində uyğun dezinfektantların köməyi ilə həyata keçirilir. 

Yekun: 

Bu növ isə infeksiya mənbəyinin tamamilə məhv edilməsinə yönəlmiş kompleks tədbirlərdir. 

Dezinfeksiyanın bir sıra metodları mövcuddur: Mexaniki, fiziki, kimyəvi, bioloji, kombinə olunmuş. 

166 Dezinfeksiya xidməti əsasən kimyəvi üsuldan istifadə etməklə profilaktik dezinfeksiya prosesini icra edir. 166-ya zəng edərək profilaktik dezinfeksiya xidmətini sifariş verə bilərsiniz. 
166 Dezinfeksiya xidməti aşağıda qeyd olunmuş obyektlərin dezinfeksiyasını həyata keçirir. 

  • Restoranlar 
  • Ofislər 
  • Ticarət mərkəzləri 
  • Nəqliyyat vasitələrinin 
  • Sənaye müəssisələrinin 
  • Təlim-tədris mərkəzlərinin 
  • Obyekt və ərazilərin 
  • Anbarların 
  • və s. 

Avtomobilinizin dezinfeksiyası xidmətini də sifariş verə bilərsiniz

 

Avtomobilin növü Dezinfeksiya qiyməti
Sedan 5 AZN
SUV, Mini Cargo 10 AZN
Yük maşını 15 AZN

 

Qeyd: Dezinfeksiya prosesi həkim nəzarəti altında aparılır.

Əlaqə: 166 

 0502311757

166saytbutton  0502311757  

 

DAHA ƏTRAFLI 166
© 166 Yük Taksisi 2012-2020
Bütün hüquqlar qorunur.
Şərifzadə küç. 168 A, AZ1000 Bakı şəhəri
Bizi izləyin
Yeniliklərə üzv olun