bann

Dezinseksiya prosesinə tarakan, ilbiz, taxtabiti, milçək, ağcaqanad, gənə, birə, qurdlar və digər həşəratların məhv edilməsi daxildir.

166 Sanitariya Xidmətində ziyanverici həşaratlara qarşı dərmanlama zamanı eviniz ən gizli nöqtələrdə nəzərə alınmaqla hərtərəfli dezinseksiya edilir.

Sifariş: 166
Whatsapp/ zəng: +994 50 231 17 80 

banner
Kampaniyalar

Dezinseksiya

Dezinseksiya - İnfeksion xəstəliklər yayan, yaşayış yerlərinə ziyan vuran həşəratlara (cücü, gənə) qarşı işlədilən effektiv mübarizə üsulu və vasitəsidir. Dezinseksiya əsasən 3 qrupa ayrılır: təbii, məhvedici və profilaktik dezinseksiya. Təbii dezinseksiya kənd təsərrüfatı və baytarlıq dezinseksiyası üsulları, ziyanverici həşəratların sayının çoxalmasına mane olmağa (profilaktik dezinseksiya) və onları tamamilə məhv etməyə (məhvedici) yönəldilir. Profilaktik dezinseksiya dedikdə isə buraya yumşaq mebelləri tozsoranla və ya digər vasitələrlə təmizləmək, zibil qablarını daim təmiz saxlamaq və s.aiddir. Məhvedici dezinseksiya xidməti isə kimyəvi, fiziki və bioloji digər bir çox üsullarla həyata keçirilir. Kimyəvi üsulla həşəratlar xüsusi kimyəvi dərmanların köməyi vasitəsilə məhv edilir. Fiziki üsulla dezinseksiya isə yüksək temperatur vasitəsilə aparılır. Ziyanverici həşəratlara (o cümlədən bit, birə, taxtabiti) 50°S və daha yuxarı temperatur, isti hava, isti buxar, isti su öldürücü təsir göstərir. Bioloji üsulla dezinseksiya zamanı buğumayaqlılar (həşəratlar) müəyyən mikrob, virus və həşəratlar məhv edilir. Dezinseksiya prosesinə tarakan, ilbiz, taxtabiti, milçək, ağcaqanad, gənə, birə, qurdlar və digər həşəratların məhv edilməsi daxildir. Dezinseksiya həm məişətdə, həm də epidemiyaların qarşısını almaq üçün də effektiv istifadə olunan vasitələrdən hesab olunur.