elgun
ed

18 июль 2023

Hörmetli Namizədlər!

İmtahan 27 iyul saat 16:30da exam.net saytında keçiriləcək.(İmtahan hər kəs üçün eyni gündə və eyni saatda başlayır və bitir. 16:30-17:30) İmtahan günü saat 15:00-da Sizə exam key-lər göndəriləcəkdir. Exam keylərin SMS-lə göndərilməsi zamanı gecikmələr ola bilər. Buna görə də 15:30a qədər exam key sizə gəlməsə, o zaman Sİzə ötən imtahanda göndərilən nömrə ilə wp üzərindən əlaqə saxlaya bilərsiniz. Göndərilən exam keyləri imtahana 5-10 dəqiqə qalmış platformaya keçid edib yazmağınız xahiş olunur. Əks halda əvvəldən yazsanız girişdə problem yaşaya bilərsiz. Əgər Sistem bu exam keyi daha öncə də istifadə etdiyizini qeyd etsə o zaman məlumatlarınızı yazarkən kiçik dəyişikliklər etməyiniz xahiş olunur. Məsələn, ad soyada simvol əlavə etmək və s. İmtahana kompyuterlə daxil olmağınız məsləhətdir. İmtahan zamanı kompyuterin kamerasi və mikrofonunun açıq olmasına ehtiyac yoxdur. İmtahan zamanı ekrandan çıxmamağınız xahiş olunur. Əgər ekrandan çıxsanız səbəbini qeyd etməniz üçün bir yer açılacaq və səbəbi qeyd etdikdən sonra geri qayıdan zaman sistem Sizi 1 dəqiqədən sonra geri alacaq bu isə imtahan vaxtınızdan gedir. İmtahana başlamazdan əvvəl qaralama, hesablayıcı, qələm və s. vasitələri yanınızda saxlayın. İmtahan cavabları imtahandan sonra 7 iş günü ərzində elan olunacaqdır. İmtahan 25 sualdan ibarətdir. 60 dəqiqə vaxtınız olacaq cavablamaq üçün. Səhv cavablar düz cavablara təsir etmir. Uğurlar hər birinizə!




İmtahan Qaydalarını Yüklə